Cənubi Afrika Respublikası İsrailin Qəzza zolağındakı hərəkətləri və Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasını pozması ilə bağlı Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Afrika Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: “Müvafiq ərizə 29 dekabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib”.
O, məhkəmədən təcili şəkildə bəyan etməyi xahiş edir ki, İsrail Soyqırım Konvensiyasından irəli gələn öhdəliklərini pozaraq, bu sənədi və ondan irəli gələn öhdəlikləri pozan bütün hərəkətləri dərhal dayandırsın.