Cənubi Afrika Parlamenti İsraillə diplomatik əlaqələrin kəsilməsi təklifini dəstəkləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ENCA telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, diplomatik münasibətlərin kəsilməsi və İsrail səfirliyinin bağlanması təklifinə 248 deputat səs verib.
Parlament bildirib ki, İsrail atəşkəsə razılaşana və BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edənə qədər tədbirlər qüvvədə qalacaq.