Cənubi Afrika Prezidenti: BRİKS ölkələri qlobal iqtisadiyyatda liderliklərini gücləndirməlidirlərbackend

Cənubi Afrika Prezidenti: BRİKS ölkələri qlobal iqtisadiyyatda liderliklərini gücləndirməlidirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika BRİKS-i qlobal iqtisadiyyatın lideri və beynəlxalq münasibətlər sisteminin islahçısı kimi görür.

NOCOMMENT.az bildirir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa BRİKS-in onlayn sammitində deyib.

“BRİKS ölkələri yeni çoxtərəfli dünya sisteminin gücləndirilməsində lider rolunu oynamalı və qlobal iqtisadiyyatın mühərriki olmalıdır”, – deyə o bildirib. “Cənubi Afrika üzv dövlətlərin və qlobal cənubun iqtisadiyyatlarını gücləndirmək üçün BRİKS təşəbbüslərini dəstəkləyəcək. Biz həmçinin beynəlxalq çoxtərəfli sistemin dayanıqlığını artırmaq üçün BRİKS üzvlərinin təklif etdiyi islahatları dəstəkləyirik”.

Ramafosa vurğulayıb ki, BRİKS ölkələrinin birgə səylərini tətbiq etməli olduğu sahələrdən biri də qlobal ticarət olmalıdır.