Cənubi Afrikada futbolçu 22 yaşında ölübbackend

Cənubi Afrikada futbolçu 22 yaşında ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasının “Durban Siti” klubunun futbolçusu Sinamandla Zondi vəfat edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi 22 yaşında həyatını itirib. O, aprelin 22-də II Liqada “Milford”a qarşı keçirəcəkləri oyundan əvvəl isinmə hərəkətləri zamanı yıxılıb. Oyunçu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Sinamandla Zondi 2021-ci ildə peşəkar debütünü gerçəkləşdirib.