Cənubi Afrikada yeni növ koronavirus aşkarlandıbackend

Cənubi Afrikada yeni növ koronavirus aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasında mütəxəssislər koronavirusun “beta” və “delta” ştamlarından daha təhlükəli olan növünü aşkarlayıblar.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, bu barədə medrxiv.org saytı məlumat yayıb.

Araşdırmanın nəticələrinə görə, yeni növ koronavirus sürətli bir mutasiyanın nəticəsi kimi ortaya çıxıb ki, bu da dünyada SARS-CoV-2 mutasiyasından 1,7 dəfə çoxdur. Bu növ xəstəlik yüksək ötürülmə qabiliyyəti və immunitetə qarşı güclü olması ilə seçilir.