Cənubi Amerikanın beş ölkəsi FİFA konqresində Rusiyanın qayıtmasını dəstəkləyibbackend

Cənubi Amerikanın beş ölkəsi FİFA konqresində Rusiyanın qayıtmasını dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 15-də Paraqvayın Asunsion şəhərində keçirilən Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) konqresində Cənubi Amerikanın beş ölkəsi Rusiyanın beynəlxalq arenaya qayıtmasını dəstəkləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sport24 məlumat yayıb.

“Cənubi Amerika öz mövqeyini çoxdan bəyan edib – onlar Rusiya komandalarının geri qayıtmasının tərəfdarıdırlar. Məsələn, Braziliya, Uruqvay, Paraqvay, Kolumbiya və Çili Rusiya komandalarının geri qayıtmasının tərəfdarıdır”, – həmsöhbət bildirib.

Qeyd olunur ki, iclasda Rusiyanın geri qaytarılması mövzusu rəsmi olaraq qaldırılmayıb.

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra FİFA və Avropa Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb. Belə ki, klubların Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında oynamaq hüququ yoxdur, kişilərdən ibarət yığma isə 2022-ci il dünya çempionatına vəsiqə qazanmaq imkanından məhrum edilib. Həmçinin rusiyalı futbolçular 2024-cü il Avropa çempionatında iştirak etməyib və ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatının püşkatma mərasimində iştiraka buraxılmayıblar.