Cənubi Koreya, ABŞ və Yaponiya strateji bombardmançı “B-1B”nin iştirakı ilə birgə hərbi təlimlər keçiriblər.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Manevrlər Koreya yarımadasının cənubunda keçirilib və KXDR-in qitələrarası ballistik raket buraxmasına cavab olub.
Təlimlər zamanı Cənubi Koreya, ABŞ və Yaponiyadan olan döyüş təyyarələrini Amerikanın “B-1B” strateji bombardmançıları müşayiət edib. “B-1B”nin gücünü nümayiş etdirmək üçün hədəfə zərbələr də tətbiq edilib.
Qeyd edək ki, bir neçə gün öncı Koreya Xalq Demokratik Respublikası (KXDR) qitələrarası “Hvason-19” ballistik raket buraxıb. Raket maksimum 7 687,5 kilometr hündürlüyə qalxaraq 1000 kilometrdən çox məsafə qət edib.