Cənubi Koreya 4 Çin və 4 Rusiya döyüş təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Müəyyənləşdirmə Bölgəsinə daxil olduğunu bildirib.
NOCOMMENT xəbər verir ki, Yonhap xəbərinə görə, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Çin və Rusiya döyüş təyyarələrinin yerli vaxtla 11.52-13.49 arasında KADİZ bölgəsinə daxil olduğu bildirilib.
Açıqlamada təyyarələrin Cənubi Koreyanın hava məkanını pozmadığı, sözügedən təyyarələrin bir-birinin ardınca bölgəni tərk etdiyi bildirilib.
Açıqlamada təyyarələrin KADİZ-ə girməzdən əvvəl aşkar edildiyi, ola biləcək qəzalara görə Hərbi Hava Qüvvələrinə aid təyyarələrin bölgəyə göndərildiyi qeyd edilib.
Maraqlıdır ki, 4 Rusiya və 4 Çin döyüş təyyarəsinin KADİZ-ə daxil olması Sinqapurda keçirilən Şanqri-La Dialoqu çərçivəsində görüşən ABŞ, Cənubi Koreya və Yaponiya müdafiə nazirlərinin üçtərəfli təhlükəsizliyi gücləndirmək barədə razılığa gəlməsindən sonra baş verib.