Cənubi Koreya dördüncü kəşfiyyat peykini orbitə buraxıbbackend

Cənubi Koreya dördüncü kəşfiyyat peykini orbitə buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya dördüncü kəşfiyyat peykini uğurla orbitə buraxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Buraxılış Cənubi Koreya hökumətinin maraqları naminə Amerikanın SpaceX şirkəti tərəfindən həyata keçirilib . Peyklə birlikdə Falcon 9 raketi bu gün, aprelin 22-də, Moskva vaxtı ilə saat 03:48-də ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasından orbitə buraxılıb. Daşıyıcının buraxılışından 15 dəqiqə sonra KXDR-in monitorinqi üçün nəzərdə tutulmuş peyk Yerə yaxın orbitə çıxarılıb.

Koreya Respublikası bu ilin sonunda beşinci kəşfiyyat peykini buraxmağı planlaşdırır.

2024-cü ilin avqustunda SpaceNews xəbər verdi ki, Cənubi Koreya Aerokosmik Tədqiqatlar Agentliyi 2027-ci ilin ikinci yarısında GEO-KOMPSAT-3 çoxməqsədli geostasionar rabitə peykinin buraxılması üçün Amerikanın SpaceX şirkətinin Falcon 9 raketini seçib.

Həmin ilin iyununda portal Cənubi Koreyanın Aya və Marsa missiyalar göndərməyi planlaşdırdığını bildirmişdi.