Cənubi Koreyanın STX korporasiyası Peruya 60 milyon dollara 30 ədəd K808 zirehli transportyoru tədarük edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkət öz saytında məlumat yayıb.
Ağır hərbi texnika Hyundai Rotem tərəfindən istehsal olunur. Sövdələşmə STX-in il ərzində satışlarının təxminən 9%-ni təşkil edir. Müqavilədə Peru tərəfi FAME silah fabriki ilə təmsil olunur.
Şirkət qeyd edib ki, sövdələşmə Peru zavodu ilə beş illik əməkdaşlığın nəticəsidir. Tərəflər uzunmüddətli texniki əməkdaşlığa, o cümlədən avadanlıqların ixracına sadiqdirlər. Müqavilə Cənubi Koreya zirehli texnikasının Latın Amerikası ölkələrinə tədarükünün ilk nümunəsi olacaq.