Cənubi Koreya qaçqınlar üzərində radiasiya sınağı keçirəcəkbackend

Cənubi Koreya qaçqınlar üzərində radiasiya sınağı keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Şimali Koreyadan qaçanların öz ölkələrindəki nüvə sınaqları zamanı radiasiyaya məruz qala biləcəyi üçün sınaqdan keçiriləcəyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyadan qaçanlar üçün həyata keçiriləcək sınaqla bağlı açıqlama verib.

Açıqlamada Şimali Koreyanın yeraltı nüvə sınaq obyekti Punggye-ri yaxınlığında yaşayan və Cənubi Koreyaya qaçan 89 nəfərin radiasiya ölçmələrinin aparılacağı və sınaqların 6 ay müddətində aparılacağı bildirilib.

Açıqlamada, “Şimalın nüvə sınaqlarından zərər çəkmiş ola biləcək şəxslərin radioaktiv sızmalara məruz qalma ehtimalının və ümumi sağlamlıq vəziyyətinin əvvəlcədən yoxlanmasının vacib olduğu” vurğulanıb.

Qeyd edək ki, Cənubi Koreya 2017 və 2018-ci illərdə Şimali Koreyadan qaçanlar üzərində oxşar sınaqlar keçirib.