Cənubi Koreya Rusiya ilə əlaqə saxlamaq niyyətindədirbackend

Cənubi Koreya Rusiya ilə əlaqə saxlamaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya hökuməti Cənubi Koreya şirkətlərinin maraqlarını qorumaq üçün Rusiya ilə əlaqə saxlamaq niyyətindədir.

NOCOMMENT.az bildirir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Cənubi Koreya şirkətləri Rusiyada aktiv olaraq qalır, ona görə də Seul Moskva ilə əlaqə kanallarını saxlamaq niyyətindədir.

Sentyabrın 3-də Pekində keçirilən bayram tədbirləri zamanı Koreya Respublikası Milli Assambleyasının sədri Vu Von-sik Rusiya prezidenti Vladimir Putinlə qısa söhbət edərək Moskvadan “Rusiyada fəaliyyət göstərən 130 Cənubi Koreya şirkəti”nə ciddi diqqət yetirməyi xahiş edib.