Cənubi Koreya Rusiya şirkətlərinə sanksiya tətbiq edibbackend

Cənubi Koreya Rusiya şirkətlərinə sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya KXDR-in nüvə və raket proqramları ilə əlaqəli olduğu iddia edilən iki Rusiya təşkilatına və Rusiya Federasiyasının iki vətəndaşına qarşı müstəqil sanksiyalar tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.

“Cənubi Koreya Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqəli Rusiyadan olan iki təşkilata və iki Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etmək qərarına gəlib”, – deyə agentlik qeyd edir.

Bir gün əvvəl “Daily Mail” müsahibə verən ekspertlərə istinadən xəbər vermişdi ki, Moskvaya qarşı sanksiyalar Avropa iqtisadiyyatına ziyan vurub, Rusiya iqtisadiyyatında isə artım müşahidə olunur. Onlar qeyd ediblər ki, Rusiya Qərb ölkələrinin sanksiya təzyiqlərinə qarşı “əhəmiyyətli müqavimət” inkişaf etdirir.