Rusiya və Çin hərbçilərinin Cənubi Koreyanın sözdə hava hücumundan müdafiə identifikasiya zonasına xəbərdarlıq etmədən daxil olduğu iddia edilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Korea Joong Ang Daily” Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
“Beş Çin və altı Rusiya hərbi təyyarəsi Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub”, – nəşr yazır.
Qeyd olunur ki, bu, guya əvvəlcədən xəbər verilmədən baş verib.
Cənubi Koreya ordusunun sözlərinə görə, “taktiki tədbirlər” görülüb: Seul nəzarət etmək üçün öz hava qüvvələrini istifadə edib.