Koreya Respublikasının Müdafiə Nazirliyi dekabrın 14-də iki ölkənin hərbi təyyarələrinin Seul tərəfindən birtərəfli qaydada yaradılmış hava hücumundan müdafiə identifikasiya zonasına daxil olması ilə əlaqədar Rusiya və Çinə etirazını bildirib.
NOCOMMENT.az xəbər verir ki, müvafiq məlumat Müdafiə Nazirliyinin internet saytında dərc olunub.
“Bu gün Müdafiə Nazirliyinin beynəlxalq siyasət idarəsinin direktoru dekabrın 14-də Rusiya Federasiyası və Çin Xalq Respublikasının Koreya Respublikasındakı hərbi attaşelərinə kəskin etirazını bildirib. Rusiya Federasiyası və Çin Xalq Respublikasının hərbi təyyarələri hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub”, – məlumatda deyilir.