Cənubi Koreya Rusiyadan alüminium idxalını xeyli artırıbbackend

Cənubi Koreya Rusiyadan alüminium idxalını xeyli artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya mart ayında Rusiyadan alüminium alışını əhəmiyyətli dərəcədə artırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Cənubi Koreyanın statistika agentliyinə istinadən məlumat yayıb.

Mövcud məlumatlara görə, 2024-cü ilin mart ayında Cənubi Koreya 90,9 milyon dollar dəyərində 39,1 min ton Rusiya alüminiumu idxal edib ki, bu da fiziki və pul baxımından fevral ayı göstəricilərini 43% üstələyir.

Bunun sayəsində Rusiya Avstraliya və Hindistanı lider mövqedən sıxışdıraraq Cənubi Koreyanın əsas alüminium tədarükçüsünə çevrilib.

Məqalədə qeyd edilir ki, mart tədarükləri 2012-ci ilin iyunundan bəri ən yüksək həddə çatıb. Ekspert Yevgeni Mironyukun sözlərinə görə, Rusiyadan tədarükün bu qədər artması alüminiumun dünya qiymətlərinin artması ilə bağlıdır.