Cənubi Koreya Rusiyaya qarşı birtərəfli sanksiyalar tətbiq edibbackend

Cənubi Koreya Rusiyaya qarşı birtərəfli sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıqla bağlı 11 fiziki şəxs və 15 quruma birtərəfli qaydada sanksiya tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Seul Xarici İşlər Nazirliyinə istinadən Yonhap agentliyi məlumat yayıb.

Bir neçə iş adamı və onların şirkətləri sanksiyalara məruz qalıb. Açılan siyahıda 7 fiziki şəxs və 13 təşkilat rus kimi qeyd olunub.

Hökumətin sanksiya siyahısına Koreya Xalq Ordusu Baş Qərargah rəisinin müavini Kim Yonq Bok, Koreya Xalq Ordusu Baş Qərargahının Əməliyyat Departamentinin direktoru Şin Kım Çol, Şimali Koreya ordusunun raket texniki Li Sonq Cin və Li Bon Çun daxildir.

Məhdudiyyətlər dekabrın 19-dan qüvvəyə minəcək.