Cənubi Koreya Rusiyaya XƏBƏRDARLIQ EDİBbackend

Cənubi Koreya Rusiyaya XƏBƏRDARLIQ EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Lim Su Suk Rusiyanı ölkəsi ilə münasibətlərə xələl gətirə biləcək heç bir səhv etməməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə O Seulun Kiyevə silah tədarük etməməsi ilə bağlı Moskvanın xəbərdarlığına cavab verərkən bildirib:

“Biz xəbərdarlıq edirik ki, Rusiya Cənubi Koreya ilə münasibətlərində ciddi nəticələrə səbəb ola biləcək səhvlərə yol verməməlidir. Ümid edirik ki, Moskva Pxenyanın asılılığından əl çəkəcək. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi davranacaq”.

Qeyd edək ki, Bir müddət öncə Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Cənubi Koreyaya Ukraynaya silah tədarükü etməməsi ilə bağlı xəbərdarlıq edib.