Cənubi Koreya sentyabrın 29-dan 2026-cı ilin iyun ayınadək Çin turist qruplarına ölkəyə vizasız giriş imkanı təqdim edəcək.
NOCOMMENT.az xəbər verir ki,bu qərar Asiya-Sakit Okean regionunda turizmin canlandırılması və xarici turist axınının artırılması məqsədi daşıyır.
Hökumətin çərşənbə günü yaydığı məlumata görə, bu addım oktyabrın əvvəlində Çin Xalq Respublikasında qeyd olunan tətil günləri və Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti öncəsi iqtisadi aktivliyi artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, vizasız giriş təşəbbüsü ilk dəfə bu ilin mart ayında Çin hökumətinin 2023-cü ilin noyabrında Cənubi Koreya və digər ölkələrdən olan vətəndaşlara vizasız rejim tətbiq etməsindən sonra irəli sürülmüşdü.
Bu qərar, eyni zamanda, Cənubi Koreyanın yeni liberal administrasiyası dövründə Seul və Pekin arasında münasibətlərin normallaşması və qarşılıqlı əməkdaşlığın dərinləşməsi baxımından da əhəmiyyətli addım kimi qiymətləndirilir.
Cənubi Koreya bu ilin oktyabrın 31-dən noyabrın 1-dək Gyeongju şəhərində APEC sammitinə ev sahibliyi edəcək. Forum çərçivəsində Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın ayrıca görüşlər keçirməsi gözlənilir.\\Ajans.az