Cənubi Koreya əsgərləri, gərginliyin azaldılması çərçivəsində, Şimali Koreya ilə sərhəd boyunca yerləşdirilmiş səsgücləndiriciləri sökməyə başlayıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Independent portalı məlumat yayıb.
“Cənubi Koreya Müdafiə Nazirliyi bildirib ki, sərhəddəki səsgücləndiricilərin fiziki olaraq sökülməsi gərginliyin azaldılmasına yönəlmiş daha bir ‘praktiki tədbirdir’,” — deyə materialda qeyd olunur.
Nazirlik, həmçinin, sökülmüş avadanlığın harada saxlanılacağını və Seulun gələcəkdə, münasibətlər yenidən kəskinləşəcəyi təqdirdə, bu səsgücləndiriciləri sərhədə qaytarıb-qaytarmayacağını açıqlamayıb.