Şimali Koreya “Rusiyanı dəstəkləmək üçün” Ukraynaya nizami silahlı qüvvələrini göndərə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentində ölkənin müdafiə naziri Kim Yon Hyun bildirib.
“Rusiya və Şimali Koreya hərbi alyansa bənzər qarşılıqlı saziş imzaladıqları üçün belə bir yerləşdirmənin mümkünlüyü çox böyükdür”, – Cənubi Koreya Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Rusiya prezidenti Vladimir Putinin bu ilin iyununda Pxenyana səfəri zamanı Rusiya və KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.