Cənubi Koreya Ukraynaya 100 milyon dollar kredit ayırıbbackend

Cənubi Koreya Ukraynaya 100 milyon dollar kredit ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilk dəfə olaraq Cənubi Koreya ilə güzəştli kredit müqaviləsi bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün, oktyabrın 2-də Ukraynanın maliyyə naziri Sergey Marçenko Koreyanın İxrac-İdxal Bankı ilə 100 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi üçün kredit sazişi imzalayıb”, – deyə məlumatda qeyd edilir.

Bu kredit Koreya Respublikasından Ukraynanın Dövlət Büdcəsinə daxil olacaq ilk maliyyə dəstəyi olacaq. Müqavilə 2024-cü ilin aprelində bağlanıb və Ukraynaya 2024-2029-cu illər arasında 2,1 milyard dollara qədər kredit cəlb etmək imkanı verib.

Kredit illik 1,0% faiz dərəcəsi ilə 20 il müddətinə verilir, güzəşt müddəti isə müqavilənin imzalandığı tarixdən 5 ildir.

“Ukrayna ilə Koreya Respublikası arasında minlərlə kilometr məsafənin olmasına baxmayaraq, tərəfdaşlığımız möhkəmlənməkdə davam edir. Mən Ukraynanın aktual büdcə ehtiyacları üçün resursların səfərbər edilməsi ilə nəticələnən konstruktiv əməkdaşlığa görə minnətdaram. Koreya tərəfi ilə ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək gələcək layihələr Ukraynanın iqtisadi inkişafını dəstəkləməyə və ölkələr arasında gələcək qarşılıqlı faydalı əməkdaşlığı təşviq etməyə yönəldiləcək”, – Sergey Marçenko qeyd edib.