Cənubi Koreya Ukraynaya 200 milyon dollar yardım ayıracaqbackend

Cənubi Koreya Ukraynaya 200 milyon dollar yardım ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Cənubi Koreya Ukraynaya 200 milyon dollar dəyərində humanitar yardım göstərəcək. Seul Kiyevə ümumilikdə 2,3 milyard dollar ayırmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bunun 200 milyon dolları 2024-cü ildə Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün humanitar yardım kimi istifadə olunacaq. Qalan 2,3 milyard dollar isə İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun (EDCF) xətti ilə 2025-ci ildən başlayaraq uzunmüddətli, aşağı faizli kreditlər şəklində veriləcək.

Bundan əlavə, Cənubi Koreya Ukraynaya kömək məqsədilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının hər birinə 50 milyon dollar ayıracaq.