Cənubi Koreya və ABŞ birgə hərbi təlimlər keçirirbackend

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlər keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlər keçiriblər. İki ölkənin pilotları Qərb Sahili yaxınlığındakı sularda şərti uzaqmənzilli qanadlı raketlərə və artilleriyaya qarşı birgə manevrlər ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Koreya Hərbi Hava Qüvvələri məlumat yayıb.

Təlimlərə 40-a yaxın təyyarə, o cümlədən Cənubi Koreyanın qırıcıları, həmçinin ABŞ-ın ölkədə yerləşən Hərbi Hava Qüvvələrinin təyyarələri cəlb olunub.

Pilotlar “hava-hava” tipli raketlərlə aşağı hündürlükdə uçan şərti düşmənin qanadlı raketlərinə, eləcə də “hava-yer” raketlərindən istifadə etməklə uzaqmənzilli artilleriyaya qarşı dəqiq zərbələrin endirilməsi üzrə tapşırıqlar icra ediblər.