Cənubi Koreyada həkimlərlə hökumət arasında qarşıdurmabackend

Cənubi Koreyada həkimlərlə hökumət arasında qarşıdurma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada təcrübəçi həkimlərlə hökumət arasında qarşıdurma davam edir. Hökuməti universitetlərə daha çox tibb tələbəsinin qəbul olunması ilə bağlı plana etiraz edən və tətilə çıxan həkimlərə qarşı sanksiyaların tətbiq olunacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Cənubi Koreyada təcrübəçi həkimlər hökumətin universitetlərə daha çox tibb tələbəsi qəbul etmək planına etiraz edirlər. Tətil fevralın 20-də başlayıb. Həkimlərə işə qayıtmaq üçün fevralın 29-dək vaxt verilib.

İşinə qayıtmayan həkimlərin tibbi lisenziyasının bir ilə qədər müddətə ləğv ediləcəyi, üç il həbs və ya 3800 manatdan çox pul cəzası tətbiq ediləcəyi bildirilib. Buna baxmayaraq, tətilə çıxan minlərlə həkimdən yalnız 565-i öz vəzifəsinə qayıdıb.