Cənubi Koreyada hərbi vəziyyət ləğv edilə bilərbackend

Cənubi Koreyada hərbi vəziyyət ləğv edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya prezidenti Yoon Seok-yeol ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı ləğv etmək niyyətində olduğunu bildirib.

NOCOMMENT.az Yonhap agentliyinə istinadən xəbər verir ki, Yun Seok Yeol dekabrın 3-də axşam respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Dövlət başçısı öz qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi” zərurəti ilə əsaslandırıb: “Hərbi vəziyyətin tətbiqində iştirak edən hərbi qulluqçuları xatırladım”, – deyə dövlət başçısı hökumət üzvləri ilə görüşündə xüsusi rejimin ləğvi ilə bağlı planları açıqlayıb. Jurnalistlər bu addımı Cənubi Koreya prezidentinə qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.

Xatırladaq ki, Seulun mərkəzində vətəndaşlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Ölkə parlamenti də öz növbəsində iclas keçirərək hərbi vəziyyətin ləğvinə səs verib. Müvafiq məzmunlu qətnaməni tədbirdə iştirak edən 190 deputatın hamısı dəstəkləyib. Daha 110 deputat müzakirədə iştirakdan imtina edib.