Cənubi Koreyada ilk yerli meymun çiçəyi hadisəsi aşkarlanıbbackend

Cənubi Koreyada ilk yerli meymun çiçəyi hadisəsi aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Cənubi Koreyanın səhiyyə rəsmiləri ölkədə ilk yerli meymun çiçəyi virusuna yoluxma halının aşkarlandığını və bununla da ümumi yoluxma sayının 6-ya çatdığını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (KDCA) tərəfindən edilən açıqlamada, son vaxtlar xaricə səfər etməyən vətəndaşın test nəticəsinin müsbət olduğu bildirilib.

Açıqlamada, aprelin 3-də dəri səpgiləri ilə xəstəxanaya müraciət edən şəxsin meymun çiçəyi virusu daşıdığı bildirilib.

Açıqlamada ölkədəki digər 5 xəstənin xaricə səfər etdiyi, sonuncu xəstənin isə son 3 ayda xaricə getmədiyi qeyd edilib.

Xəstənin xəstəxanaya aparıldığı və səhhətinin yaxşı olduğu bildirilib.

Ölkədə meymun çiçəyi virusuna ilk yoluxma faktı ötən il iyunun 22-də təsdiqlənib. Beşinci hal bu il martın 13-də qeydə alınıb.