Cənubi Koreya müxalifətinin lideri Li Çje-Mön hərbçiləri və polisi ölkə rəhbəri Yun Sok Yölün əmrlərinə tabe olmamağa çağırıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The Korea Herald” nəşri məlumat yayıb.
“Prezidentin ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı verdiyi qanunsuz sərəncamlar Konstitusiyanın və qanunun açıq şəkildə pozulmasıdır. Prezidentin bu cür qanunsuz göstərişlərini yerinə yetirməyin özü qanunsuz əməldir,” – Li Çje-Mön qeyd edib.
O, həmçinin hərbi qulluqçuları və polis əməkdaşlarını qanuni vəzifələrini yerinə yetirməyə çağırıb.