Cənubi Koreyada Şimali Koreyanın “təxribatına” hazırlıqbackend

Cənubi Koreyada Şimali Koreyanın “təxribatına” hazırlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya ilə ABŞ-ın birgə hərbi təlimindən əvvəl təxribat hazırlıqları gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, Cənubi Koreya Şimali Koreyanın mümkün “təxribatlarına” qarşı hazırlıqlarını başa çatdırdığını açıqlayıb.

Adının açıqlanmaması şərti ilə “Yonhap” Xəbər Agentliyinə danışan Cənubi Koreyalı hərbçi martın 13-23-də ABŞ ilə ölkəsi arasında keçirilməsi planlaşdırılan “Azadlıq Qalxanı” təlimi öncəsi mühüm açıqlamalar verib.

Şimali Koreyanın mümkün “təxribatlarına” qarşı hazırlıqların tamamlandığını bildirən rəsmi, Pxenyanın 2018-ci ildə Koreyalararası hərbi gərginliyin azaldılması razılaşmasını pozaraq Cənubun bufer zonalarını atəşə tutacağı təqdirdə ordunun cavab tədbiri kimi çıxış edərək şimaldakı “bufer zonalar”a artilleriyadan atəş açmağa hazır olduğunu bildirib.

NOCOMMENT.AZ