Cərimələnən axund şeyxə məktub yazıb vəzifəsindən imtina etdibackend

Cərimələnən axund şeyxə məktub yazıb vəzifəsindən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi karantin rejimini pozaraq Aşura mərasimi keçirmək istəyən Ceyranbatan məscidinin axundu Kazım Əyyubov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktub yazaraq vəzifəsindən istefa verib.

NOCOMMENT xəbər verir ki, mediapost-un məlumatına görə, o bu addımı atmasına səbəb kimi polis tərəfindən haqsız yerə saxlanılmasını göstərib.

Kazım Əyyubov açıqlamasında iddia edib ki, Aşura günü polis onu məsciddə heç kim olmadığı halda bölməyə aparıb: “Həmin vaxt burada heç kim olmayıb. Polislər əvvəlcə gəlib mənə dedilər ki, məsciddən kənar yerdə bir qrup şəxs toplaşaraq Aşura mərasimi keçirir və bunun təşkilatçısı sənsən. Bundan sonra polis idarəsinə aparılıb, haqsız yerə cərimələndim. Bu barədə nə Dini Qurumlar iş üzrə Dövlət Komitəsi və nə də ki təmsil etdiyim QMİ məni müdafiə etdi. Bunun üçün şeyxə axund vəzifəsindən imtina etməyimlə bağlı məktub yazdım. Onsuz da burada bu vəzifəmə görə maaş almırdım”.

Məsələ ilə bağlı DİN-dən verilən açıqlamada bildirib ki, avqustun 30-da Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidin qarşısına toplaşdıqları müəyyən olunub: “Həmin şəxslər ümumilikdə 29 nəfər, həmçinin Ceyranbatan məscidinin axundu Kazım Əyyubov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Axundun səsləndiriyi fikirlər yanlışdır. Polisin axundla nə ədavəti var ki, onun haqqında doğru olmayan məlumat yaysın”.