Cərimələr ARTIRILDI – Baş nazirdən QƏRARbackend

Cərimələr ARTIRILDI – Baş nazirdən QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli, “Cəza çəkmədən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2001-ci il 5 aprel tarixli 76 nömrəli, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” 2001-ci il 23 may tarixli 98 nömrəli, “Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları”nın, “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları”nın və “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2002-ci il 13 iyul tarixli 112 nömrəli və “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları”, “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr” və “Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.

NOCOMMENT.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

“Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu hissəsi aşağıdakı redaksiyada verilib:

“10. Ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən edilir:

a) Balıq və digər su bioresursları
“Qırmızı kitaba” daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növləri (kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı) 275
bölgə 247,5
nərə, uzunburun, ağ qızılbalıq 220
xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın 33
çəki, karp, qarabel siyənəyi 22
naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri 11
kilkə (1 kq) 0,55
b) Kürü (1 kq)
bölgə, kələmo, nərə, uzunburun 220
ç) Su onurğasızları
xərçəng 1,1
krevet 0,55
d) Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur.

“Cəza çəkməkdən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydası”nın 2-ci hissəsinin ikinci cümləsində “şərti maliyyə vahidinin bir misli həcmində” sözləri “1 manat 10 qəpik” sözləri ilə və 3-cü hissəsində “şərti maliyyə vahidinin on misli həcmində” sözləri “11 manat” sözləri ilə əvəz edilib.

“Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 3-cü hissəsinin ikinci abzasında “Ayda qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin 5 misli məbləğindən çox pul təminatı alan müddətli” sözləri “Müddətli” sözü ilə əvəz edilib.

“Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları”nın 2-ci hissəsinin ikinci abzasında “şərti maliyyə vahidinin 720 misli” sözləri “792 manat” sözləri ilə, üçüncü abzasında “şərti maliyyə vahidinin 360 misli” sözləri “396 manat” sözləri ilə, dördüncü abzasında “şərti maliyyə vahidinin 180 misli” sözləri “198 manat” sözləri ilə və beşinci abzasında “şərti maliyyə vahidinin 90 misli” sözləri “99 manat” sözləri ilə əvəz edilib.

Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”in 2.1-ci, 2.6-cı, 3.1-ci və 3.5-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

“2.1. Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri və dərəcələri aşağıdakı kimi müəyyən edilir:

Sıra

№-si

Vəhşi heyvanların adı Bir baş vəhşi heyvanın vurulması (tutulması) üçün ödəmə (manatla)
1 2 3
1 . Dırnaqlılar dəstəsi
ceyran, maral, muflon, bezoar keçi, qarapaça 55
Dağıstan turu 24,75
çöldonuzu 16,5
cüyür 16,5
2. Yırtıcılar dəstəsi
bəbir 550
vaşaq, manul pişiyi 550
qonur ayı 24,75
çölpişiyi 33
qamış və meşə pişikləri 22
meşə və daşlıq dələləri 3,96
gəlincik, porsuq 5,5
yenot 1,65
tülkü 5,5
canavar 5,5
çaqqal 3,96
3. Gəmiricilər dəstəsi
oxlu kirpi 5,5
bataqlıq qunduzu (nutriya) 1,65
sincab 5,5
4. Dovşankimilər dəstəsi 1,10
5. Həşəratyeyənlər və yarasalar dəstəsi 1,10
6. Toyuqkimilər dəstəsi
Qafqaz və Xəzər uları 11
Qafqaz tetrası, turac 11
Zaqafqaziya qırqovulu 2,53
talış qırqovulu 11
boz kəklik 1,265
gözəl kəklik 1,265
bildirçin 0,154
7. Göyərçinkimilər dəstəsi
Qaraqarın bağrıqara 11
alabaxta 0,308
digər növlər 0,154
1 2 3
8. Durnakimilər dəstəsi
sultan toyuğu 11
çivdimdik 11
qaşqaldaq, qamışlıq fərəsi, porzan, xırda porzan, cırtdan porzan, su fərəsi 0,308
ağ durna 22
boz durna, qəşəng durna 16,5
dovdaq, qəşəng dovdaq 22
bəzgək 11
9. Çovdarçıkimilər dəstəsi
qırıldayan cüllüt 11
ağquyruq çökükburun 11
tənbəl bekas 11
kiçik kronşnep 11
çölhaçaquyruq cüllütü 11
cüllütkimilərin digər növləri 0,308
10. Qağayılar fəsiləsi 1,10
11. Qağayıkimilər dəstəsi 1,10
12. İyrəncəkimilər dəstəsi 0,33
13. Qazkimilər dəstəsi
qu quşları, qırmızıdöş qaz, ağqaş qaz 11
qazlar (boz və ağalın) 2,53
mərmər cüro, ağgöz və göydimdik ördək 11
cürələr 0,308
digər ördək növləri 0,99
14. Kürəkayaqlıkimilər dəstəsi
qutanlar 11
qarabataqlar 0,22
15. Qızılqazkimilər dəstəsi
qızılqaz 11
16. Leyləkkimilər dəstəsi
ərsindimdik, qara leylək 11
ağ leylək 5,5
qarıldaq, dan quşları, qaranaz, Misir vağı, müqəddəs ibis və vağların digər növləri 5,5
17. Yırtıcılar dəstəsi
Qafqaz şahini, ütəlgi, Aralıq dənizi qızılquşu, çay qaraquşu, ağquyruq dəniz qartalı, tetraçalan, Türküstan tüvüyü, çölqartalı, məzar qartalı, berkut, toğlugötürən, ilanyeyən, böyük qartalça, qara kərkəs, çölbelibağlısı, çölmuymulu 220
1 2 3
arıyeyən, qırmızı çalağan, qara çalağan, uzunquyruq dənizqartalı, bildirçinçalan, tülküayaq sar, çölsarı, adi sar, cırtdan qartal, kiçik qartalça, leşyeyən, ağbaş kərkəs, tarla belibağlısı, çəmənlik belibağlısı, qamışlıq və ya bataqlıq belibağlısı, adi muymul, derbnik, kərkincək, qaragöz 55
18. Bayquşkimilər dəstəsi
iri yapalaq, adi yapalaq, bataqlıq bayquşu, qulaqlı bayquş, dam bayquşu, meşə bayquşcuğu 1,10
19. Quququşukimilər dəstəsi 1,10
20. Keçisağankimilər dəstəsi 1,10
21. Uzunqanadlılar dəstəsi 0,55
22. Göycəqarğakimilər dəstəsi 0,33
23. Ağacdələnkimilər dəstəsi 0,11
24. Sərçəkimilər dəstəsi
ağboğaz bülbül, səhra qarquşu, hirkan anquşu 11
sərçəkimilərin digər növləri 0,22
25. İlanlar 5,5
gürzə 11
26. Kərtənkələlər 0,55
27. Tısbağalar 0,55
Aralıq dənizi tısbağası 1,10
28. Qurbağalar, tritonlar 0,22
29. Tibb zəlisi 0,055
30. Siyahıda adı göstərilməyən bütün fauna növləri üçün 1,10

2.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən vəhşi heyvanların (Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş vəhşi heyvan növləri istisna olmaqla) ovlanmasının (tutulmasının) qiyməti və ov qənimətinin dəyəri aşağıdakı kimi müəyyən edilir:

Sıra

№-si

Vəhşi heyvanların adı Bir baş vəhşi heyvanın vurulması (tutulması) üçün ödəmə (manatla) Ovlanmış bir baş ov heyvanı üçün ov qənimətinin qiyməti (manatla)
1 2 3 4
1. Dağıstan turu 24,75 803
2. Qonur ayı 24,75 803
1 2 3 4
3. Çöldonuzu 16,5 220
4. Tülkü 39,6
5. Çaqqal 39,6
6. Boz dovşan 24,75
7. Qazlar 4,95
8. Ördəklərin bütün

növləri və qaşqaldaq

1,001
9. Kəklik 4,95
10. Meşə cüllütü, böyük və ortaboy kronşnep 1,001
11. Zaqafqaziya qırqovulu 4,95
12. Göyərçinkimilər dəstəsi 0,495
13. Sərçəkimilər dəstəsi 0,495

3.1. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş vəhşi heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr aşağıdakı qaydada müəyyən edilir:

Sıra №-si Azərbaycan Respublikasının “Qırmızı

Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş nadir heyvan növlərinin

(yarımnövlərinin) adı

Yaşından, ölçüsündən və çəkisindən asılı

olmayaraq bir baş vəhşi

heyvan üçün ziyanın miqdarı (manatla)

1 2 3
1. Məməlilər
adi uzunqanad 110
cənub nalburunu 110
enliqulaq bükükdodaq 110
zolaqlı kaftar 1100
çay samuru 220
sarıqlı safsar 110
manul pişiyi 550
çölpişiyi 220
vaşaq 2200
bəbir 3300
turan pələngi 4400
ceyran 550
köpgər (qarapaça) 550
bezoar keçisi 550
1 2 3
mulfon 550
2. Quşlar
qıvrımlələk qutan 550
çəhrayı qutan 550
ərsindimdik 550
qara leylək 550
qızılqaz 550
kiçik qu 550
fısıldayan qu 550
ağqaş qaz 550
qırmızıdöş qaz 550
mərmər cürə 330
ağgöz ördək 330
göydimdik ördək 330
çay qaraquşu 330
ağquyruq dəniz qartalı 330
iri qırğı (tetraçalan) 330
Türküstan tuviyi (Orta Asiya tuviyi) 330
çölqartalı 330
iri qartalça 330
məzar qartalı 550
berkut 550
toğlugötürən 550
qara kərkəs 330
ilanyeyən 330
çölbelibağlısı 330
çölmuymulu 330
utəlgi (baloban) 770
Qafqaz şahini 1100
Xəzər uları 330
Qafqaz uları 330
turac 330
talış qırqovulu 550
Qafqaz tetrası 550
çivdimdik 110
sultan toyuğu 330
ağ durna 550
dovdaq 550
qəşəng dovdaq 550
bəzgək 330
1 2 3
qırıldayan cüllüt 110
ağquyruq çökükburun 110
tənbəl bekas 110
kiçik kronşnep (əyridimdik) 110
çölhaçaquyruq cüllütü 110
qaraqarın bağrıqara 330
hirkan anquşu 110
səhra qarquşu 110
ağboğaz bülbül 110
3 . Suda-quruda yaşayanlar
adi quru qurbağası 11
Qafqaz xaçlıcası 22
adi triton 22
daraqlı triton 22
Suriya sarımsaqiyli qurbağası 33
4. Sürünənlər
xarabalıq kələzi 55
Kiçik Asiya gürzəsi 82,5
eskulap ilanı 82,5
qızılı mabuya 55
girdəbaş yovşanlıq kərtənkələsi 55
Zaqafqaziya təlxəsi 66
zolaqlı çılpaqgöz kərtənkələ 55
qarabaş rinxokalamus 66
oxilan 55
Aralıq dənizi tısbağası 66
5. Həşəratlar
6. Kəpənəkkimilər dəstəsi
Şərqi Aleksanor yelkənciyi 55
adi appolon 55
Nordman appolonu 55
talış məxməri kəpənəyi 55
Komarov hafı 55
kəlləşəkilli haf 55
oleandr hafı 55
iri tənək hafı 55
talış bromeyası 55
hilata 55
avrorına sarıcası 55
Alp sarıcası 55
1 2 3
Qafqaz sarıcası 55
kürd sarıcası 55
Qafqaz zerintiyası 55
şəfəqsaçan 55
talış yangözcüklüyü 55
tutqun ayıça 55
tamara alacası 55
Aleksandra sədəflisi 55
İoniya bərqvuranı 55
Alp satiri 55
Romanov tomaresi 55
xrizip 55
Oxim qızılı kəpənəyi 55
Eyfema 55
7. Böcəkkimilər dəstəsi
üçpərli talış qaçağanı 55
Qafqaz ilbizyeyən fıqırdarı 55
palıd diserkası 55
qəşəng böcək 55
Solomon qızılböcəyi 55
Klit Reyter 55
talış kökyeyəni 55
Xəzər parandrası 55
Alp rozaliyası 55
Ferrat çapağanı 55
Skovito uzunbığı 55
tündqırmızı talış uzunbığı 55
8. Zolaqlı arılar
Dağıstan zolaqlı arısı 55
Mlokoseviç zolaqlı arısı 55
fars zolaqlı arısı 55
Porçinski zolaqlı arısı 55

3.5. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil olmayan heyvan növlərinin qeyri-qanuni ovu üçün təbiətə dəymiş ziyana görə cərimələr aşağıdakı kimi müəyyən edilir:

Sıra

№-si

Azərbaycan Respublikasının “Qırmızı

Kitabı”na və Beynəlxalq Təbiəti

Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil olmayan vəhşi heyvan növlərinin

(yarımnövlərinin) adı

Yaşından, ölçüsündən və çəkisindən asılı

olmayaraq bir baş vəhşi

heyvan üçün ziyanın miqdarı (manatla)

1 2 3
1. Qulaqlı kirpi 3,3
2. Boz dovşan 11
3. Adadovşanı 11
4. Sincab 11
5. Süleysin 11
6. Tirəndaz (oxlu kirpi) 11
7. Bataqlıq qunduzu (nutriya) 22
8. Tülkü 11
9. Canavar 11
10. Çaqqal 11
11. Gəlincik 11
12. Meşə və daşlıq dələləri 55
13. Porsuq 16,5
14. Qonur ayı 440
15. Qamış pişiyi 55
16. Meşə pişiyi 77
17. Çöldonuzu 220
18. Nəcib və xallı marallar 330
19. Cüyür 220
20. Dağıstan turu 275
21. Həşəratyeyənlərin və yarasaların digər növləri 3,3
22. Ağdöş və qaradöş qaqara 11
23. İyrəncəkimilərin bütün növləri 3,3
24. Böyük qarabatdaq 11
25. Böyük və kiçik danquşu 11
26. Qarıldaq 11
27. Misir vağı 16,5
28. Vağların digər növləri 5,5
29. Qaranaz 11
30. Ağ leylək 22
31. Harayçı qu quşu 33
32. Boz və ağalın qaz 22
33. Ördəklərin bütün növləri 5,5
34. Yırtıcı quşların bütün növləri 5,5
35. Zaqafqaziya qırqovulu 22
1 2 3
36. Kəklik 11
37. Bozkəklik 11
38. Bildirçin 3,3
39. Qaşqaldaq 5,5
40. Sığırçınların digər növləri 5,5
41. Boz və qəşəng durna 22
42. Çobanaldadan 11
43. Çovdarçılar, haçaquyruq cüllütlər 11
44. Qağayılar 16,5
45. Göyərçinlər 5,5
46. Ququ quşu 3,3
47. Keçisağan 5,5
48. Bayquşkimilərin bütün növləri 5,5
49. Uzunqanadlıların bütün növləri 5,5
50. Qaranquşların bütün növləri 5,5
51. Balıqçıllar 5,5
52. Qızılı və yaşıl qızlarquşu 5,5
53. Göycəqarğa 3,3
54. Şanapipik 5,5
55. Ağacdələnkimilərin bütün növləri 11
56. Sərçəkimilərin bütün növləri 5,5
57. Gürzə 88
58. İlanların digər növləri 33
59. Tısbağalar 3,3
60. Qurbağalar, kərtənkələlər 2,2
61. Tibb zəlisi 0,55
Qeyd. Bu siyahıda adları göstərilməyən qalan bütün fauna növləri 2,2
Suda üzən quşların kütləvi surətdə tutulması 22
Ov quşlarının və faydalı quşların yuvalarından götürülmüş hər yumurtası üçün 2,2