Avropa Nüvə Tədqiqatları Təşkilatı Rusiya və Belarusun tədqiqat institutları ilə əməkdaşlığı dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Swissinfo məlumat yayıb.
Portalın məlumatına görə, CERN ilə digər müqavilələr çərçivəsində əməkdaşlıq edən Rusiya alimləri ilə qarşılıqlı əlaqə kəsilməyəcək.
Bundan əvvəl Milli Tədqiqatlar Mərkəzinin Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk bildirmişdi ki, Qərb Rusiya alimlərinə beynəlxalq statusla Avropa Nüvə Tədqiqatları Təşkilatında işləməyi davam etdirməyi təklif edib.