Çernobılda son yanğından – FOTO Reportajbackend

Çernobılda son yanğından – FOTO Reportaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Çernobıl Atom Stansiyasının xarabalıqları olan ərazidə doqquz gün davam edən meşə yanğınlarını nəhayət ki, bu gecə yağan yağış nəticəsində nəzarətə götürmək mümkün olub.

NOCOMMENT.az Ukrayna mətbuatına istinadən bildirir ki, yanğın Pripyat şəhərinə doğru irəliləyirdi:

“Vəziyyət olduqca kritik idi. Zona alovlar içində idi. Yerli hakimiyyət bildirir ki, hər şey nəzarət altındadır. Orada bütün Çernobıl zonasının və stansiyanın özünün ən yüksək avtiv radiasiya tullantıları yerləşir”.

Qeyd edək ki, Çernobıl AES-də 1986-cı il aprelin 26-da baş verən fəlakət dünya tarixində atom enerjisi obyektində baş verən ən böyük fəlakətdir. Atom reaktorunda baş verən partlayış nəticəsində ətraf mühitə böyük həcmdə radioaktiv maddələr yayılıb.

Qəza və qəzanın nəticələrinin aradan qaldırılması zamanı onlarla insan həlak olub, minlərlə insanın sağlamlığına sağalmaz ziyan dəyib. 30 kilometrlik ərazidən bütün əhali – 100 min nəfərdən çox insan evakuasiya edilib.

Lakin, Ukrayna Daxili İşlər Nazirliyindən bildirilir ki, Çernobıl zonasında yanğın nüvə tullantıları saxlanan anbarları təhdid etmir və təşviş üçün heç bir səbəb yoxdur.

Xatırladaq ki, Çernobıl AES-in xarabalıqlarının yerləşdiyi ərazisində yanğın aprelin 4-də başlayıb, 20 hektarlıq ərazini əhatə edib, xilasedicilər yanğınsöndürənlərin köməyinə aviasiya göndərib. Yanğının söndürülməsinə yüksək radiasiya fonu mane olur.