Cəsarət Valehov yeni vəzifəyə təyin edilib? – YENİLƏNİBbackend

Cəsarət Valehov yeni vəzifəyə təyin edilib? – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuatda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun keçmiş müdiri Cəsarət Valehova yeni vəzifə verilməsi ilə bağlı məlumat yayılıb.

Onun elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Respublikasının Təhsil İnstitutuna direktor müavini təyin olunduğu bildirilib.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, Cəsarət Valehov özü bu məlumatı təkzib edib:

“Yayılan məlumat yanlışdır. Belə təyinat olmayıb”.

***

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun keçmiş müdiri, tanınmış jurnalist Cəsarət Valehova yeni vəzifə verilib.

NOCOMMENT.az xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə o, Azərbaycan Respublikasının Təhsil İnstitutuna direktor müavini təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl nazirlik aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.

C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.

Dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.