Cəsarətimiz dünyanı heyran, musiqimiz Avropanı fəth edir! – Zelenskibackend

Cəsarətimiz dünyanı heyran, musiqimiz Avropanı fəth edir! – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir! 

“NOCOMMENT” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya 2022” mahnı müsabiqəsində qalib olması münasibətilə bildirib.

“Gələn il Ukrayna “Avroviziya”ya ev sahibliyi edəcək! Tarixində 3-cü dəfədir. Və inanıram – sonuncu dəfə deyil. Biz əlimizdən gələni edəcəyik ki, bir gün “Avroviziya” iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək.

Azad, dinc, yenidən qurulan! Qələbə üçün “Kalush” Orkestrinə və bizə səs verən hər kəsə təşəkkürlər! Əlbəttə ki, düşmənlə döyüşdə qalib gələn akkordumuz uzaqda deyil. Eşq olsun Ukraynaya!” – Zelenski qeyd edib.

Xatırladaq ki, Ukrayna 631 xalla “Avroviziya 2022”nin qalibi olub.

(Publika.az)