Gürcüstanda oktyabrın 4-də hökuməti devirməyə cəhddə şübhəli bilinən 13 nəfər saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinq zamanı bildirib.
“Oktyabrın 4-də baş vermiş iğtişaşda iştirak edən 15 nəfər müəyyən edilib, onlardan 13-ü saxlanılıb”, – deyə nazir müavini bildirib.
Daraxvelidze əlavə edib ki, hazırda hökuməti devirməyə cəhd, qruplaşma zorakılığında iştirak və konstitusiya quruluşunu dəyişdirmək ittihamları ilə istintaq aparılır.