Çexiya Prezidenti Avropanı Rusiyaya qarşı durmağa çağırıbbackend

Çexiya Prezidenti Avropanı Rusiyaya qarşı durmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya prezidenti Petr Pavel bildirib ki, Rusiya konstruktiv addımlar atarsa, Avropa buna bənzər cavab verməlidir.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Vyananın “Die Presse” qəzetinə müsahibəsində bildirib.

“Rusiya özünü konstruktiv aparırsa, Avropa da həmişə eyni şeyi etməlidir”, – dövlət başçısı bildirib.

Onun fikrincə, Rusiya Federasiyası Qərbin maraqlarına zidd hərəkət edəndə onunla üzləşməlidir.

“Çünki əks halda həyat tərzimiz və dəyərlərimiz təhlükə altında olacaq”, – Çexiya lideri qeyd edib.

O, Rusiya ilə qarşıdurmanın gündəlik siyasi həyatın bir hissəsinə çevrilə biləcəyi fikrini də ifadə edib. Eyni zamanda siyasətçi qeyd edib ki, bu qarşıdurma mütləq hərbi xarakter daşımır.