Çexiya Ukraynada sülh üçün beynəlxalq koalisiya yaratmağa çağırıbbackend

Çexiya Ukraynada sülh üçün beynəlxalq koalisiya yaratmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya prezidenti Petr Pavel Ukraynada ədalətli sülh tərəfdarlarından ibarət geniş koalisiya yaratmaq barədə düşünməyin zəruriliyini bəyan edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, bununla bağlı müraciəti öz “X” hesabında yayımlayıb.

“Təcavüzkarın şərtləri ilə sülh təslim olmaqdır və yalnız indiki və gələcək bütün təcavüzkarları təşviq edir”, – o bildirib.

Çexiya liderinin sözlərinə görə, azad dünya şərlə mübarizə aparmalıdır.

Qeyd edək ki, bundan əvvəl Pavel Praqanın indi həmişəkindən daha çox Kiyevin tərəfində olduğunu demişdi.