Çexiya Ukraynaya 250 milyon avrodan çox hərbi yardım bağışladıbackend

Çexiya Ukraynaya 250 milyon avrodan çox hərbi yardım bağışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 fevral 2022-ci ildən bu il oktyabrın 9-dək Çexiya Ukraynaya 6 milyard kron (təxminən 250 milyon avro) məbləğində hərbi yardım göstərib, ordu anbarlarından bu ölkəyə tələb olunmayan silahlar bağışlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə idnes.cz xəbər portalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb .

Çexiya müdafiə şirkətləri Ukraynaya kommersiya hərbi təchizatı həyata keçirir. Onlar bu ölkəyə edilən hərbi yardımların siyahısına daxil edilməyib. Respublikanın hakimiyyət orqanları Ukraynanı qane edən şərtlərlə Kiyevə dəstəyin bütün səviyyələrdə münaqişə bitənə qədər davam edəcəyinə söz verir.