Çexiya XİN Aİ-yə yeni üzvlərin qəbulu üçün müsabiqələrin keçirilməsini təklif edibbackend

Çexiya XİN Aİ-yə yeni üzvlərin qəbulu üçün müsabiqələrin keçirilməsini təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkələr “regatta modelindən” istifadə edərək Avropa İttifaqına (Aİ) daxil olmağa çalışmalıdırlar.

NOCOMMENT.az xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

O, Aİ qaydaları və islahatlarına uyğunlaşmanı “paralel proseslər” adlandırıb.

“Biz bunu istəyən və tələbləri yerinə yetirən hər bir Avropa ölkəsinə Avropa perspektivini təqdim etməliyik”, – deyə o vurğulayıb.

Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Ukrayna uzanan münaqişəyə görə “xüsusi hal”dır. Onun sözlərinə görə, ukraynalılar “demokratiya və Avropa həyat tərzini” seçiblər və buna görə də Aİ-nin bütün dəstəyinə layiqdirlər.