Çexiyada fevral son 63 ilin ən isti ayı olubbackend

Çexiyada fevral son 63 ilin ən isti ayı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyada fevral ayının orta temperaturu normadan 6,1 dərəcə yüksək olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Çexiya Hidrometeorologiya İnstitutu məlumat yayıb.

Ötən ay orta temperatur 5,7 dərəcə qeydə alınıb ki, bu da son 63 ildə qışın ən isti ikinci ayı olub.

Çexiyada fevral ayında yağıntının miqdarı normadan bir qədər çox olub. Keçən qış, alimlərin qeyd etdiyi kimi, ümumiyyətlə, çox isti keçib. Havanın orta temperaturu 2,4 dərəcə Selsi olub.

Bu arada, mart ayında Çexiyada hava şəraiti də temperatur rekordları qırır. Respublikanın şimal-şərqində yerləşən Vidnava şəhərində termometr 16,3 dərəcəni göstərib.