Çexiyada musiqi festivalında yaranan izdiham zamanı 12 nəfər xəsarət alıbbackend

Çexiyada musiqi festivalında yaranan izdiham zamanı 12 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın şərqindəki Jihlava şəhərində musiqi festivalında yaranan izdiham zamanı 12 nəfər xəsarət alıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Çexiya polisi “X” sosial şəbəkəsində bildirib.

Belə ki, qeyri-sabit hava şəraiti səbəbindən festivalın keçirildiyi yerdə elektrik kəsilib, insanlar təşviş içərisində oranı tərk etməyə başlayıb və izdiham yaranıb.

Xəsarət alanlardan 7-si xəstəxanaya aparılıb.