Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin rəsmisi ilə telefonla danışıbbackend

Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin rəsmisi ilə telefonla danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

XİN-dən NOCOMMENT-ə verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğuladı. O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırıb.