Ceyhun Bayramov: ATƏT həllin bir parçası olmaq şansını itiribbackend

Ceyhun Bayramov: ATƏT həllin bir parçası olmaq şansını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT alətlərinin “davamlı aktuallığa” istinadları reallığa uyğun gəlmir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.

“ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə, o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu. Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstəmək Ermənistanı daha da cəsarətləndirdi”, – Ceyhun Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, ATƏT həllin bir parçası olmaq şansını itirib və buna səbəb, Ermənistanın, eləcə də müəyyən ölkələrin davranışları olub.