Ceyhun Bayramov belçikalı həmkarı Hadja Lahbib ilə görüşübbackend

Ceyhun Bayramov belçikalı həmkarı Hadja Lahbib ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belçikalı həmkarı Hadja Lahbib ilə görüşüb.

NOCOMMENT.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

“Həmçinin münaqişədən sonrakı regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə olunub”,-məlumatda qeyd edilib.