Ceyhun Bayramov Çavuşoğlu ilə bölgədəki vəziyyəti müzakirə etdibackend

Ceyhun Bayramov Çavuşoğlu ilə bölgədəki vəziyyəti müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

“NOCOMMENT” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər başda olmaqla, Azərbaycan və Türkiyə birgə daxil olduğu üçtərəfli mexanizmlər, həmçinin Cənubi Qafqaz regionunda və Ukraynadakı son yeniliklər müzakirə edilib.