Ceyhun Bayramov fransalı həmsədrlə bölgədəki vəziyyəti müzakirə edibbackend

Ceyhun Bayramov fransalı həmsədrlə bölgədəki vəziyyəti müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub.

XİN-dən NOCOMMENT-ə verilən məlumata görə, söhbət qarşı tərəfin təşəbbüsü ilə baş tutub.

Tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.