Ceyhun Bayramov Fransaya gedibbackend

Ceyhun Bayramov Fransaya gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın paytaxtı Paris şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, işgüzar səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.