Ceyhun Bayramov İsraildə: Bu gün səfirliyin açılışı olacaq – FOTOLARbackend

Ceyhun Bayramov İsraildə: Bu gün səfirliyin açılışı olacaq – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb.

Ceyhun Bayramovu gətirən təyyarə Təl-Əvivin Ben Qurion hava limanına enib.

Naziri hava limanında İsrail XİN rəsmiləri, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, İsrailin Azərbaycandakı səfiri Corc Dik qarşılayıb.

Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində Azərbaycanın İsraildəki səfirliyinin açılışında iştirak edəcək. Bundan əlavə, Azərbaycan XİN başçısı İsraildə yüksək səviyyəli görüşlər keçirəcək.