Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə edib? – Detallar AÇIQLANDIbackend

Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə edib? – Detallar AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağ məsələsi ilə bağlı yeni açıqlama verib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, o, məsələni Minsk qrupu çərçivəsində həll etməyə hazır olduqlarını açıqlayıb.

“Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu çərçivəsində bərpa etməyə hazırdı”, – deyə xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.

O bu açıqlamanı çexiyalı həmkarı Yakub Kulxaneklə birgə mətbuat konfransında söyləyib. Mirzoyan Ceyhun Bayramovla və həmsədrlərlə Nyu-Yorkda BMT sessiyası çərçivəsində baş tutan görüşü barədə də danışıb.

“Nyu York görüşlərində Ermənistan Minsk qrupu çərçivəsində Qarabağ danışıqlarını məlum prinsip və elementlər əsasında bərpa etməyə hazır olduğunu bildirib”.

Xatırladaq ki, sentyabrın 24-də Nyu Yorkda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş baş tutmuşdu.